Avstraliya ordusu yeni kəşfiyyat dronları alacaq

2018/06/triton_06-1_1530031720.jpg
Oxunub: 3844     00:29     27 İyun 2018    
Avstraliya Müdafiə Nazirliyi hərbi təhdidlərlə mübarizə məqsədli istifadə olunması planlaşdırılan uzun-mənzilli “Triton” dronlarının alışı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Avstraliya dronlar üçün ümumilikdə 7 milyon dollar xərcləyəcək.

Məsələ ilə bağlı rəsmi açıqlama verən Avstraliya Müdafiə Sənayesi naziri Kristofer Payn bildirib ki, dronlar hərbi kəşfiyyat məqsədli olub, əsasən sərhədlər üçün təhdid yaradanların müəyyən edilməsi üçün istifadə olunacaq.

“Dronların istehsalı üçün “Northrop Grumman” şirkətilə danışıqlar aparılır. Razılıq əldə ediləcəyi təqdirdə 2023-2025-ci illər ərzində 6 ədəd dron orduya təhvil veriləcək”, - deyə nazir bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Dron   Triton  


Bizi "telegram"da izləyin