Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qırıcıların alışı üçün İsrail “Lockheed Martin” şirkəti ilə ilkin razılıq əldə edib.
Razılığa əsasən İsrail Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələri üçün şirkətdən daha 50 ədəd “F-35” qırıcısı alacaq.
İsrail Müdafiə Nazirliyindən həyata keçiriləcək əməkdaşlıqla bağlı verilən rəsmi məlumatda bildirilib ki, şirkətə xidmət müqabilində ödənəcək məbləğ bu il üçün ayrılmış dövlət büdcəsi hesabına maliyyələşdiriləcək.
Qeyd edək ki, məbləğin nə qədər olması barədə heç bir məlumat bildirilməyib.
Dəyanət Ağalarlı
Ordu.az