“One Stop Systems” İon sürətləndiricilərə dair müqavilə imzalayıb

2018/06/584845145458_1530020542.jpeg
Oxunub: 3813     21:49     26 İyun 2018    
Yüksək qabiliyyətli GPU süətləndiricilər sahəsində liderlərdən olan “One Stop Systems” ion sürətləndiricilərə dair 3,2 milyon dollarlıq müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ion sürətləndiricilərin istehsalına dair sifarişin kim tərəfindən edilməsi açıqlanmır.

Məlumata görə, sözügedən texnologiyanın istehsalı dərhal başlayıb, onların çatdırılması isə 2018-ci ilin üçüncü rübündə həyata keçiriləcək.

Qeyd edək ki, “One Stop Systems” yüksək imkanlara malik hesablayıcı sistemlər, depolama texnologiyaları, süni zəka, və digər müdafiə vasitələri istehsal edən şirkətdir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: One-Stop-Systems   İon-Accelerator  


Bizi "telegram"da izləyin