Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, bununla Mettis 2014-dən bu yana Çinə rəsmi səfər edən ilk Pentaqon baş katibidir.
Səfərlə bağlı Pentaqondan verilən rəsmi məlumatda qeyd olunub ki, nazir bu gün Çin Prezidenti Xi Tsinpinqlə görüşüb.
Verilən bəyanatda görüşün detallarına toxunulmasa da qeyd olunub ki, tərəflər arasında Şimali Koreya və Yaponiya ilə bağlı müzakirələr aparılıb.
Eyni zamanda nazir Çinin Cənubi Çin Dənizindəki adalara raket başlığı sistemləri yerləşdirməsi ilə bağlı ölkəsinin keçirdiyi narahatlıqları da dilə gətirib.
Dəyanət Ağalarlı
Ordu.az