ABŞ QQ əsgərlərin yeraltı müharibə təlimlərinə yarım milyard dollar xərcləyir

2018/06/54851404584784705141425_1530014385.jpg
Oxunub: 1894     20:00     26 İyun 2018    
ABŞ Quru Qoşunlarının rəhbərləri növbəti müharibənin nəhəng şəhərlərdə aparılacağını, lakin qoşunların bu şəhərlərin içində deyil, altında döyüşməyə hazırlandığını bildirirlər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ötən il ABŞ QQ özünün 31 aktiv briqadasından 26-nın yer altında müharibəyə hazır olması üçün keçirilən təlimlərə 572 milyon dollar xərclənib.

Bu növ müharibə üçün piyada bölükləri necə naviqasiya, kommunikasiyaya ehtiyac duyduğu dəqiq şəkildə aydınlaşdırılmalıdır. Əsgərlərin tamamilə qaranlıq, pis hava şəraitində və düşmən atəşindən müdafiəsiz halda əməliyyat aparması üçün yeni ləvazimatlar və təlimlərə ehtiyacı var.

QQ-nin rəsmiləri bildirir ki, ictimai çıxışlarda buna az toxunulsa da, bu hazırlıla bağlı müxtəlif təlim bazalarında çoxsaylı tədbirlər görülür.

“Biz anlayırıq ki, yeraltı təsisatları olan böyük şəhərlərdə özümüzün qayğısına daha ciddi qalmalı və hazırda əlimizdə olan ləvazimatların bu müharibələr üçün nə qədər əlverişli olduğunu bilməliyik”, - deyə ABŞ QQ-nin polkovniki Tounley Hedrik bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-QQ   Yeraltı-müharibə  


Bizi "telegram"da izləyin