ABŞ QQ-dən uzaq mənzilli raketlərə dair 358 milyon dollarlıq müqavilə

2018/06/145848514514584_1530004340.jpg
Oxunub: 1689     17:04     26 İyun 2018    
ABŞ Quru Qoşunların “Lockheed Martin”lə ordunun taktiki raket sistemləri (ATACMS) üçün istehsal kontraktı imzalayıb.

Ordu.az “Defense News”a istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin”in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 358 milyon dollar dəyərində olan müqavilə QQ-nin köhnə raketlərinin istifadə müddətinin uzadılması üçün xidməti nəzərdə tutur. Bununla yanaşı “Lockheed” həmçinin yeni raketlər də istehsal etməyi üzərinə götürüb.

ATACMS ABŞ Quru Qoşunlarının yeganə yer-yer, uzaq mənzilli, 300 kilometrlik raket sistemidir. Şirkətin mətbuat katibinə görə, bu sistemlər özünü çox yaxşı göstərib və yüksək etibarlı olduğunu sübut edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-QQ   Lockheed-Martin  


Bizi "telegram"da izləyin