Rusiya ilə qarşıdurma olacağı təqdirdə NATO adekvatlıqda problemlər yaşayacaq

2018/06/ed865074-e874-4af3-afdb-5090d951cba2_1530001538.jpg
Oxunub: 4067     16:27     26 İyun 2018    
ABŞ ali rütbəli hərbçilərin iştirakı ilə keçirilən rəsmi mərasimdə NATO-dakı problemlərə toxunulub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, mərasim Vaşinqtonda baş tutub.

Mərasimin əsas məqsədi ABŞ ordusunun hazırlıq vəziyyətini müzakirə etmək olsa da, görüşdə iştirak edən bəzi generallar potensial NATO-Rusiya qarşıdurmasında alyans qüvvələrinin qarşılaşacağı problemlərə də toxunublar.

Məsələni işıqlandıran general Ben Hoçs bildirib ki, Rusiya ilə NATO üzvlərinin sərhəd bölgələrində infrastrukturun qənaətbəxş olmaması NATO qüvvələrinin sürətli manevrlərinə ciddi şəkildə əngəl yarada bilər.

“Hazırda ordu daxilində bürokratik problemlər, pis planlama, infrastruktur yetərsizliyi və s. səbəblər əməliyyatların adekvatlığına maneə yaradacaq”, - deyə o qeyd edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   NATO   Rusiya   Problemlər  


Bizi "telegram"da izləyin