NYT: Mettis Çinə səfərində mübahizələrdən yayınmağa çalışacaq

2018/06/23423_1529932362.jpg
Oxunub: 2438     01:53     26 İyun 2018    
ABŞ Müdafiə naziri Ceyms Mettis Çinə səfərinin daha az mübahisəli, əvəzində dialoqa açıq bir mühitdə keçməsini istəyir.

Ordu.az “New York Times”a istinadən xəbər verir ki, bu barədə Ceyms Mettis səfərindən öncəki açıqlamasında özü danışıb.

Açıqlaması zamanı Mettis Çinə qarşı hansısa sərt tənqiddən yayınmağa çalışıb. Əvəzində o, çinli liderlərlə daha geniş olaraq strateji təhlükəsizlik məsələləri üzərində müzakirələr keçirəcəyini bəyan edib.

Qeyd edək ki, Mettis bir aydan qısa müddət öncə Sinqapurda keçirilən beynəlxalq konfransda Cənubi Çin dənizindəki adaları hərbləşdirməsindən dolayı Çini sərt tənqid eib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mettis   Çin  


Bizi "telegram"da izləyin