Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Pentaqon layihəyə qısa zamanda başlamağı planlaşdırır.
ABŞ Müdafiə naziri Ceyms Metis məsələ ilə bağlı açıqlama verərkən bildirib ki, prezident Trampın Kosmik Qüvvələr yaradılması əmrinin həyata keçirilməsində bir sıra ciddi problemlərlə üzləşirik.
“Prezident yeni qüvvələrin ayrı lakin bərabər səvviyədə 6-cı xüsusi bölmə olmasını istəyir. Bu qarşımızda ciddi bürokratik əngəllər yaradır. Yeni bir komandanlığın təşkil edilməsi maddi və fiziki problemlər bir kənara həm də hüquqi olaraq çox zaman tələb edən plandır”, - deyə nazir bildirib.
Dəyanət Ağalarlı
Ordu.az