Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, tərəflər telefon danışığı zamanı İran nüvə sazişini müzakirə ediblər. Eyni zamanda iki ölkə arasında beynəlxalq və regional gündəmə uyğun həyati məsələlər, ikitərəfli əməkdaşlıq müzakirə edilib və qarşılıqlı görüş mübadiləsi həyata keçirilib.
Bundan başqa Lavrov və Zərifin qarşıdan gələn beşinci Xəzəryanı ölkələrin sammiti üçün zəminin hazırlanması müzakirə edilib. Qeyd edək ki, Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan avqust ayında Qazaxıstanın Aktau şəhərində bir araya gələcək.
Ağalar Ağalarlı
Ordu.az