TSQ İraqın şimalında terror hədəflərini vurmağa davam edir

2018/06/1484854148_1529923526.jpg
Oxunub: 3579     18:37     25 İyun 2018    
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında PKK terror təşkilatına məxsus hədəflərə yönəlik hava hücumlarını davam etdirir.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə TSQ Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, TSQ-yə məxsus döyüş təyyarələri bu dəfə Hakurk dağlarında terrorçuları bombalayıb. Eyni zamanda TSQ-nin müəyyən etdiyi qırmızı xətti keçməyə çalışan PKK-lı terrorçular PUA-lar vasitəsilə zərərsizləşdirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TSQ   İraq   PKK  


Bizi "telegram"da izləyin