İran hərbi rəsmisi: "İranın təhdidlərə qarşı praktiki planı var"

2018/06/48885584584_1529920108.jpg
Oxunub: 3745     17:49     25 İyun 2018    
Bu gün İrana qarşı olan təhdidlər regionlararasıdır və bunlara qarşı cavab vermək üçün İranın praktiki planları var”.

Ordu.az İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin baş müşaviri Ayətullah Səid Əli Xameneyi bildirib.

Onun sözlərinə görə, 1988-ci ildə İraqla müharibə bitdikdən etibarən İrana qonşularından heç bir hərbi təhlükə qaynağı yoxdur.

Müşavir qeyd edib ki, regionda geosiyasi məsələlərin böyüməsi ilə ölkəyə regionlararası təhdidlər artmaqdadır, lakin bu təhdidlərə qarşı islam respublikasının öz planları da var.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İraq   Hərbi-təhdid  


Bizi "telegram"da izləyin