SQQ Deyr əz-Zorda 1800 kv-km ərazini azad edib

2018/06/54842514584_1529917955.jpg
Oxunub: 4366     17:12     25 İyun 2018    
Suriya Quru Qoşunları ölkənin şərqində yeləşən Deyr əz-Zor bölgəsində 1800 kvadrat-kilometr ərazini terrorçulardan azad edib.

Ordu.az SANA-ya istinadən xəbər verir ki, bu barədə orduya yaxın mənbələr bildirib.

Məlumata görə, yeni ərazilərin azad edilməsi ilə SQQ əlbu-Kamal bölgəsində İraq sərhədinə qədər irəliləyə bilib.

Eyni zamanda sərhəddən ölkə daxilinə hücuma hazırlaşdıran İŞİD terrorçularının planının qarşısı alınıb. Çox sayda terrorçunun məhv edildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   Deyr-əz-Zor   İŞİD  


Bizi "telegram"da izləyin