Ordu.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə məlumatı hər iki ölkədən olan nümayəndələr təsdiqləyib.
Məlumata görə, son 7 ildə ilk dəfə baş tutan bu görüş iki ölkənin sərhədindəki Pacuda yerləşən Gömrük, Miqrasiya və Karantin idarəsində baş tutub.
İki ölkənin hərbi nümayəndələri yarımadada gərginliyin azaldılması məqsədilə qərbi və şərqi kommunikasiya xətlərinin tamamilə bərpa edilməsini müzakirə edib və mərhələli olaraq bunun həyata keçirilməsinə razılaşıblar.
Qeyd edək ki, iki tərəf arasında qərbi kommunikasiya xətti 2002-də, şərqi kommunikasiya xətti isə 2003-cü ildə açılsa da, 2016-cı ildə gərginlikdən dolayı bağlanıb.
Ağalar Ağalarlı
Ordu.az