Əfqanıstanda qarşıdurmalar davam edir: 7 “Taliban” üzvü və 3 əsgər ölüb

2018/06/456456_1529912304.jpg
Oxunub: 3733     15:36     25 İyun 2018    
Ötən gün ərzində Əfqanıstanın Herat bölgəsində ordu ilə “Taliban” arasında iri miqyaslı silahlı qarşıdurmalar baş verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qarşıdurmalar qısa fasilələrlə bu gün səhərə qədər davam edib.

Baş verən qarşıdurmalar zamanı 2 əfqan hərbçi və 1 polis həlak olub və daha 8 hərbçi yaralanıb.

Əfqanıstan hökumət mənbələri qarşıdurmalar zamanı “Taliban”ın 7 üzvünün öldürüldüyünü bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Taliban   Əfqanıstan  


Bizi "telegram"da izləyin