SQQ İraqla sərhəddəki səhra bölgələrini İŞİD-dən azad edib

2018/06/3454_1529909330.jpg
Oxunub: 2566     14:47     25 İyun 2018    
Suriya Quru Qoşunlarının İŞİD-ə qarşı həyata keçirdiyi geniş miqyaslı əməliyyatları davam edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, əməliyyatlar Suriyanın İraqla sərhədindəki Deyr Əz-Zorda həyata keçirilir.

Uzun müddətdir bölgənin səhra ərazilərini nəzarətdə saxlayan İŞİD qüvvələri dünən ordunun şiddətli hücumları nəticəsində geri çəkilməli olub.

Əməliyyatlarla bağlı Suriya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub ki, ötən gün ərzində İŞİD-in nəzarətindəki 1800 kvadrat kilometr ərazi terrorçulardan azad edilib.

Qeyd edək ki, rəsmi rəqəmlər açıqlanmasa da hücum nəticəsində çox sayda terrorçunun zərərsizləşdirildiyi və silahlarının önəmli bir qisminin ordunun nəzarətinə keçdiyi bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İŞİD   İraq  


Bizi "telegram"da izləyin