Husilərdən 6 dəfə raket hücumu: Səudiyyə zərərsizləşdirdi

2018/06/345345_1529907557.jpg
Oxunub: 1981     14:17     25 İyun 2018    
Yəməndə baş verən qarşıdurmalarda koalisiya qüvvələrinin təzyiqinə cavab olaraq qiyamçılar Səudiyyə Ərəbistanına bir neçə dəfə raket hücumu ediblər.

Ordu.az “Al Jazeera”ya istinadən xəbər verir ki, bu barədə rəsmi məlumat Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyindən verilib.

Bəyanatda qeyd olunub ki, ötən gün husilər 2-si Ər Riyada olmaqla, ümumilikdə 6 raket zərbəsi endirib. Digər zərbələr əsasən Səudiyyə Ərəbistanının Yəmənlə sərhədində iri yaşayış məntəqələrinin olmadığı bölgələrdə baş verib.

“Səudiyyə Ərəbistanı HHQ dərhal raket hücumu cəhdlərini müəyyən etdi və raketlərin hər biri elə havada olarkən məhv edildi”, - deyə verilən bəyanatda bildirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə-Ərəbistanı   Raket-hücumu  


Bizi "telegram"da izləyin