İranlı general: “Bölgəmiz qarşıdakı 12 il ərzində dünyanın ən qaynar nöqtəsi olacaq”

2018/06/456456_1529905564.jpg
Oxunub: 3882     13:58     25 İyun 2018    
“İran Müdafiə Nazirliyi hər cür təhlükələrə qarşı tədbir alır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran ordusunun generalı Yəhya Səfəvi bildirib.

O qeyd edib ki, hazırda ABŞ və İsraildən İranın milli təhlükəsizliyinə qarşı ciddi təhdidlər mövcuddur. Bu təhdidlərə qarşı İranın necə mübarizə aparacağı ilə bağlı müdafiə planları hazırdır.

“Bölgəmizin qarşıdakı daha 12 il ərzində dünyanın ən qaynar nöqtəsi olması gözlənilir. İran da özünü bu təhlükələrin mərkəzində tapa bilər. Buna görə də biz artıq xarici təhdidlərə qarşı hazır vəziyyətdəyik”, - deyə o bildirib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin