Rusiyanın “Grom”ları sınaqlarını davam etdirir

2018/06/PZR-Grom-02_1529765409.jpg
Oxunub: 1873     02:56     24 İyun 2018    
Rusiyanın “Taktiki Raketlər Korporasiyası” yeni “Grom” taktiki hava-yer raketinin sınaqlarını həyata keçirir.

Ordu.az “Janes”ə istinadən xəbər verir ki, bu barədə kompaniyanın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sınaqlar bu ilin sentyabrına qədər davam edəcək. Raketin sınaqları Su-34 təyyarəsi vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, “Grom” yeni taktiki raketdir. Onun ilk nümayişi 2015-ci ildə baş tutub. Bu raketlərin dizaynı Kh-38M raketinin üzərində hazırlanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Grom   Raket  


Bizi "telegram"da izləyin