Ermənistan ordusunda oğurluq qalmaqalı səngimir - DETALLAR

2018/06/345_1529576742.jpg
Oxunub: 2802     14:23     21 İyun 2018    
Ermənistanın təhlükəsizlik xidməti orduda baş verən yeni cinayətləri aşkar edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan təhlükəsizlik xidmətinin əks-kəşfiyyat baş idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat istintaq tədbirləri nəticəsində 11-12 iyun 2018-ci illərdə Ermənistan ordusunun əlahiddə hərbi hissələrində vəzifə mövqeyindən sui-istifadə etməklə külli miqdarda mənimsəmə faktları aşkar edilib.

Məlum olub ki, 2017-ci ilin dekabr ayından 2018-ci ilin iyun ayınadək olan müddət ərzində "N" nömrəli hərbi hissənin bir neçə bölmə komandirləri külli miqdarda yanacaq silərək mənimsəyiblər.

Araşdırma zamanı məlum olub ki, yanacaq sürtkü materialları xidməti rəisi əvvəlcədən hərbi hissə rəhbərliyi ilə razılığa gələrək qanuna zidd əməllər törədib. Xidmət rəisi hərbi hissədən yanacağı hissə-hissə çıxararaq, bölgədə fəaliyyət göstərən yanacaq doldurma məntəqələrinə satıb. Əldə edilən məbləğin əsas hissəsini hərbi hissə komandirinə verməklə, qalan qismini bölmə komandirləri arasında bölüşdürülüb.

Ermənistan təhlükəsizlik xidmətinin əks-kəşfiyyat baş idarəsinin əməkdaşları növbəti satış zamanı yanacaq doldurma məntəqəsinin sahibkarını və yanacaq sürtkü materialları xidməti rəisini həbs edib. Fakt üzrə cinayət işi açılıb.

Erməni hərbi qulluqçular tərəfindən yol verilən digər qanun pozuntusu 2018-ci ilin yanvar-iyun ayları ərzində baş verib. "N" nömrəli hərbi hissənin maddi texniki təminatına cavabdeh olan hərbi qulluqçular yenə də vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, hərbi hissələrin avtomobil texnikalarının təmiri məqsədilə göndərilən yeni ehtiyyat hissələrini, mühərrikləri, təkərləri əvvəlcədən planlaşdırılmış qaydada, istismara yararsız hesab etməklə alqı-satqısını həyata keçiriblər.

Əldə edilmiş maddi vəsaitləri isə mənimsəyən həmin vəzifəli şəxslər, təmir üçün ayrılan yeni ehtiyyat hissələri də sataraq, köhnə yararsız ehtiyyat hissələrini təmir edilən avtomobillərə yerləşdiriblər.

Ermənistan təhlükəsizlik xidmətinin istintaq orqanı tərəfindən vəzifə mövqeyindən istifadə edərək, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi qaldırılıb.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Oğurluq  

Xəbər lenti

Ermənistan ordusunda oğurluq qalmaqalı səngimir - DETALLAR

2018/06/345_1529576742.jpg
Oxunub: 2803     14:23     21 İyun 2018    