Ermənistan MN-dən uzaqlaşdırılan generala yenidən vəzifə verilib

2018/06/345_1529565960.gif
Oxunub: 2274     15:25     21 İyun 2018    
2016-cı ilin 30 may tarixində Ermənistan müdafiə nazirliyinin silahlandırma idarəsinin rəisi general-mayor Mels Çilinqaryan, polkovnik Armen Marqaryan və Mher Papyan həbs edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, polkovniklər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurdular.

Qeyd edilənlərdən yalnız polkovnik Armen Markaryan müttəhimlər kürsüsündə peyda olub. Lakin general-mayor Mels Çilinqaryan bütün bu aşkar edilən çatışmazlıqlardan müəyyən vaxt sonra sabiq müdafiə naziri Vigen Sarkisyanın məsləhərçisi təyin edildi.

Hazırda Ermənistan müdafiə nazirliyində qalmaqallı hadisələrdə adları hallanan hərbi qulluqçuları nümayişkarcasına cəzalandırdıq deyə vəzifədən uzaqlaşdırmaq, daha sonra isə gizlicə, yenidən vəzifəyə qaytarmaq ənənə halını alıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Vəzifə  


Bizi "telegram"da izləyin