Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının növbəti buraxılışı olub

2018/06/345_1529565430.jpg
Oxunub: 3236     15:15     21 İyun 2018    
Bu gün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunlarının buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

Ordu.az xəbər verir ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müdafiə Nazirliyinin nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə naziri, general-polkovnik Zakir Həsənov əlamətdar gün münasibətilə müdavimlərə və onların valideynlərinə təbriklərini çatdırıb.

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin döyüş bayrağının təhvil verilməsi və qəbul edilməsi mərasimi olub. Ali Hərbi Məktəbin döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Nümunəvi orkestrin və kursantların ifasında məktəbin marşı ifa edilib. Sonda kursantlar hərbi marşın sədaları altında tribunanın önündən keçiblər.

Tədbirdə Ali Hərbi Məktəbin, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, ictimaiyyətin nümayəndələri, veteranlar, məzunların ailə üzvləri və yaxınları iştirak ediblər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kursant   Buraxılış  


Bizi "telegram"da izləyin