2018/06/3454_1529498110.jpeg
Oxunub: 3195     20:59     20 İyun 2018    
"Rusiya istehsalı olan Su-30SM qırıcıları Ermənistana dostluq hərbi təchizatı çərçivəsində tədarük edilə bilməz".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiyalı hərbi ekspert İvan Konovalov bildirib.

Ermənistan baş naziri Nikol Paşinyan qırıcı təyyarənin pilotunun kabinəsində oturaraq, onu dünyanın ən yaxşı təyyarələrindən biri kimi dəyərləndirib. Bundan sonra bir sıra hərbi ekspertlər bildirdilər ki, Paşinyan dördüncü nəsil rus qırıcılarının Ermənistana tədarükü ilə bağlı danışıqların başlanmasını elan edib.

İrəvana qırıcıların mümkün tədarükü barədə danışan Konovalov 2012-ci ildən bu mövzuda danışıqların davam etdiyini qeyd edib.

"Biz bilirik ki, Su-30SM rus-erməni hərbi əməkdaşlığının dostluq hərbi əməkdaşlığı təchizatı çərçivəsində təmin edilə bilməz. Burada İrəvana maliyyə xərcləri lazımdır. Bu mümkün olduğu halda, bu təminata dair heç bir sual qalmayacaq. Bu qırıcılar son dəyişikliklər daxil olmaqla tədarük ediləcək", - deyə Konovalov bildirib.

Rus ekspertin sözlərinə görə, Rusiya istehsalı qırıcıların Ermənistan tərəfindən alınması bölgədəki qüvvələrin balansını gücləndirəcək. O qeyd edib ki, belə bir təchizatın məqsədi məhz budur. Konovalovun sözlərinə görə, İrəvana Su-30SM qırıcılarının tədarükü 2024-cü ilədək tamamlana bilər.

Qeyd edək ki, qırıcılar həm Ermənistan, həm də Rusiyanın yaratdığı birləşmiş hava müdafiə sisteminə də cəlb edilə bilər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-Rusiya   Su-30SM  

2018/06/3454_1529498110.jpeg
Oxunub: 3196     20:59     20 İyun 2018    