Zakir Həsənov: "Ali Baş Komandan diplomatiya ilə Sarkisyanın hakimiyyətini məhv etdi"

2018/06/spt-411089085_1522425228_1524656849_1525782406_1526649130_1528096697_1528971208_1529482255.jpg
Oxunub: 4277     16:04     20 İyun 2018    
"Hər vasitə ilə düşməni məğlub etməyə çalışırıq. Ali Baş Komandan, cənab İlham Əliyev Ermənistan prezidentini heç bir silahdan istifadə etmədən diplomatiya ilə məhv etdi".

Ordu.az xəbər verir ki, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün keçirilən mətbuat konfransında bildirib.

"Bu gün biz hamımız düşmənlə mübarizə aparmalıyıq. Erməni xüsusi xidmət orqanları sosial şəbəkələr vasitəsi ilə bizdə inamsızlıq yaratmağa çalışır. Media nümayəndələri belə provokasiyalara getməməlidir",- deyə o nazir KİV-lərə çağırış edib.

Müdafiə naziri mətbuat işçilərindən diqqətli olmalarını xahiş edərək bildirib ki, KİV böyük qüvvədir və bu böyük qüvvə də düşmənlə mübarizəyə, vətənin müdafiəsinə qoşulmalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ali-Baş-Komandan   Zakir-Həsənov  


Bizi "telegram"da izləyin