Ermənistan ordusunun 3 hərbi qulluqçusu yaralanıb - FOTOLAR
Oxunub: 2038
13:57
20 İyun 2018
Ararat vilayətində Ermənistan ordusunun "UAZ" markalı avtomobili qəza törədib.
Ordu.az shamshyan.com saytına istinadən xəbər verir ki, dünən saat 15:15 radələrində Ararat vilayətinin İrəvan-Yerasxavan yolunun 21-ci km-də "Ford Transit" markalı avtomobil və Ermənistan ordusuna məxsus UAZ (ՊՆ 0982 Մ) markalı avtomobillər toqquşub.
Məlumata görə, qəza nəticəsində 4 nəfər bədən xəsarətləri ilə Erebuni tibb mərkəzinə təxliyyə edilib. Şahidlərin sözlərinə görə yaralılardan 3 nəfər hərbi avtomobildə olub.
Hüquq mühafizə orqanları yaralıların kimliyini araşdırır.