Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistanın Ararat vilayətinin Lancanist (Qədirli-red) kəndi sahəsində müdafiə nazirliyinə məxsus "Ural" markalı avtomobil aşıb.
Məlumata görə, 5 erməni hərbi qulluqçu yaralanıb. Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovhannisyan da hərbi qulluqçuların yaralanmasını təsdiqləyib.
Yaralıları Ermənistan müdafiə nazirliyinin mərkəzi klinik hərbi hospitalına aparıblar.
Alpər Mövludoğlu
Ordu.az