"Arabo"nun komandiri: "Aprel döyüşləri ərəfəsində heç bir yardım göstərilməyib"

2018/06/34_1529410140.jpg
Oxunub: 3008     20:00     19 İyun 2018    
"25 gün ərzində 80 nəfərdən ibarət olan könllü döyüşçülər hər şeyi öz imkanları hesabına ediblər. Heç bir yardım almayıblar".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə “Arabo” dəstəsinin komandiri Manvel Yeğiazaryan Ermənistan təhlükəsizlik xidməti tərəfindən general Manvel Qriqoryan barədə yayılan qalmaqallı videonu şərh edərkən bildirib.

Onun sözlərinə görə, aprel müharibəsi ərəfəsində işğal alında olan Qarabağın Xocavənd rayonu (Martuni-2) istiqamətindəki qoşunların təmas xəttində hərbi əməliyyatlara cəlb edilənlərin arasında olublar və heç bir yardım almayıblar.

Yeğiazaryan qeyd edib ki, yalnız Manvel Qriqoryanla kifayətlənmək olmaz, buna bənzər əsgər payını mənimsəmə halları çoxdur və hamısı ortaya çıxarılmalıdır. O, əmindir ki, tezliklə erməni cəmiyyəti daha səs-küylü məlumatların şahidi olacaq.

Onun sözlərinə görə, Qriqoryanın əməllərindən aprel əməliyyatları dövrünün hərbi siyasi rəhbərliyinin məlumatı olub.

"2 və ya 20 qutu siqaretdən söhbət getsəydi bilməyə bilərdilər. Ancaq bu həcmdə mənimsəmədən məlumatlı olmayıblarsa, demək bizim dövlət qurumlarımız mövcud deyil. Müharibə dövründə hər bir fəaliyyət nəzarətdə olmalıdır", - deyə o qeyd edib.

Xatırladaq ki, Ermənistan milli təhlükəsizlik xidməti parlamentin deputatı, general Manvel Qriqoryanın həbsindən sonra, onun anbarlarında saxladığı əsgərlər üçün toplanan dərman, ərzaq, gigiyena vasitələrini əks etdirən video material yayımlanıb.

Onun istirahət bağında isə 3 avtomobil parkı müəyyən edilib. Həmin avtoparklarda müasir bahalı, retro avtomobilləri, motosikletlər və qar xizəkləri kolleksiyaları aşkar edilib. Eyni zamanda həmin avtomobillər arasında aprel döyüşləri ərəfəsində Qarabağdakı qanunsuz hərbi birləşmələr üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobiləri də olub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aprel-döyüşləri   Qriqoryan  


Bizi "telegram"da izləyin