Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlimlərin son günü Polşada baş tutub və Bemovo Piski hərbi təlim zonasında canlı atış təlimləri keçirilib.
ABŞ-ın Avropa Komandanlığının komandir köməkçisi general-mayor Timoti Makgire təlimlərin yekununa dair açıqlama verib: "Təlimlər göstərdi ki, biz hazırıq".
Qeyd edək ki, poliqon Rusiyanın Kalininqrad bölgəsi və Belarusdan bir saatlıq məsafədədir. Təlimlər ümumilikdə Latviya, Litva, Estoniya və Polşa ərazisini əhatə edib.
Dəyanət Ağalarlı
Ordu.az