Kəşmirdə etirazçılara atəş açılıb: 1 ölü, 17 yaralı

2018/06/345_1529145059.jpg
Oxunub: 1920     20:09     16 İyun 2018    
Hindistan xüsusi xidmət orqanları Kəşmirdə baş verən dinc etirazlara qarşı odlu silahdan istifadə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Kəşmirin Hindistan nəzarətində olan Srinaqar şəhərində baş verib.

Bayram namazının ardından etiraz məqsədilə bir araya gələn kütləyə polis odlu silahdan atəş açıb.

Hadisə nəticəsində 17 mülki vətəndaşın yaralandığı bildirilir. Xəstəxanaya gətirilən yaralılardan 1-ni isə xilas etmək mümkün olmayıb.

Baş verənlərə etiraz olaraq Kəşmirin müxtəlif yerlərində mitinqlər başlanıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kəşmir   Hindistan  


Bizi "telegram"da izləyin