Daha bir Avropa ölkəsi NATO-ya daxil ola bilər

2018/06/324_1529144108.jpg
Oxunub: 4096     18:09     16 İyun 2018    
Bir neçə onillik anlaşmazlıqdan sonra Yunanıstan və onun kiçik qonşusu Makedoniya sonuncunun rəsmi adı üzərində NATO-ya daxil olmağa yaxındır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ad məsələsi bu vaxta qədər Makedoniyanın NATO-ya qoşulmasının qarşısında duran əsas əngəl olub.

Bu problemin aradan qaldırılması ilə bağlı səyləri artıran Yunanıstan və Makedoniya Xarici İşlər nazirləri sabah bir araya gələcək. Məlumata görə, görüşə Yunanıstan Baş naziri Aleksis Tsipras və Makedoniya Baş naziri Zoran Zayev də qatılacaq.

Keçmiş Yuqoslav Makedoniya Respublikası olaraq tanınan Makedoniya ilə Yunanıstanın bu görüşdə razılaşma imzalaması gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan-Makedoniya   NATO  


Bizi "telegram"da izləyin