Çin prezidenti elit dəniz qüvvələrinin yaradılması göstərişini verib

2018/06/324_1529137457.jpg
Oxunub: 3831     16:22     16 İyun 2018    
Çin prezidenti Si Tsinpinq Xalq Azadlıq Ordusunun donanmasının Şimal Dairə Komandanlığını təftiş edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o bu zaman elit dəniz qüvvələrinin yaradılmasının əhəmiyyətindən danışıb.

Si Kommunist partiyasının yeni dövr üçün ordunu gücləndirməyə dair qəbul etdiyi qərarın qətiyyətlə tətbiq olunmasının zəruriliyini vurğulayıb. O, silahlı qüvvələrinin siyasi loyallığının da möhkəmləndirilməli olduğunu vurğulayıb.

Si təftiş zamanı Çinin şərqindəki Şandonq vilayətinin Qinqdao şəhəri sahilində yerləşən sualtı qüvvələr komandanlığına da baş çəkib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   HDQ  


Bizi "telegram"da izləyin