Ərəb koalisiyası Hudeydə aeroportunu ələ keçirib

2018/06/4353_1529134919.jpg
Oxunub: 3348     15:40     16 İyun 2018    
Ərəb koalisiyası Yəmənin liman şəhəri Hudeydənin aeroportunu husi qiyamçılarından azad etməyə nail olub.

Ordu.az RT-yə istinadən xəbər verir ki, bu barədə koalisiya ilə müttəfiqlik edən Yəmən ordusunun mətbuat xidməti məlumat yayıb.

“Ərəb koalisiyasının dəstəyini də arxasına alan silahlı qüvvələr Hudeydə beynəlxalq aeroportunu husi qiyamçılarından azad ediblər”, - deyə məlumatda qeyd olunub.

Bu həftənin əvvəlində Hudeydənin azad edilməsi məqsədilə başladılan əməliyyatın bundan sonra da davam etdiriləcəyi bildirilib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin