Husilər Səudiyyəyə raket hücumu həyata keçirib: 3 sivil ölüb

2018/06/35_1529063443.jpg
Oxunub: 3225     20:09     15 İyun 2018    
Qiyamçılar Səudiyyə Ərəbistanının Yəmənlə sərhəd zonasına ağır artilleriyadan atəş açıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə ölkənin cənubundakı Xamis Muşait bölgəsində baş verib.

Hücumla bağlı rəsmi açıqlama verən koalisiya qüvvələrinin mətbuat katibi Turki Əl-Malikinin sözlərinə görə, hücum nəticəsində 3 mülki vətəndaş həyatını itirib.

O bildirib ki, Səudiyyə Ərəbistanının BMT Təhülkəsizlik Şurasının 2216 və 2231 saylı qətnamələrinə əsasən özünü müdafiə etmək hüququ var və hazırda Krallıq bu hüququndan istifadə etmək üçün kifayət qədər güclü hərbi qüvvəyə sahibdir.

Qeyd edək ki, qiyamçılar bazar günü də oxşar hücum həyata keçirmişdi.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Səudiyyə  


Bizi "telegram"da izləyin