Ordu.az xarici xarici KİV-lərə istinadən xəbər verir ki, müzakirələrdə əsasən yarımadada gərginliyin azaldılması yolları danışılıb.
Görüşdən sonra jurnalistlərin suallarını cavablayan prezidentin köməkçisi Çonq Vae Day görüşün yekunlarına dair məlumat verib.
O, artıq ABŞ-la birgə avqustda edilməsi planlaşdırılan Ulçi Azadlıq Qvardiyası təliminin ləğv edilməsi ilə bağlı danışıqların başladıldığını bildirib.
Qeyd edək ki, aprelin 27-də Şimali və Cənubi Koreya rəhbərləri tərəfindən imzalanan bəyannamədə iki ölkənin düşməncə addımlardan imtina etməsi qəbul edilib.
Ağalar Ağalarlı
Ordu.az