Husilərdən növbəti hücum: 2 əsgər həlak olub

2018/06/23_1529061349.jpg
Oxunub: 1545     19:22     15 İyun 2018    
Husi qiyamçılarının Yəmənin liman şəhəri Hudeydədə həyata keçirdiyi hücum nəticəsində koalisiya qüvvələrinin 12 əsgəri həlak olub.

Ordu.az "Daily Mail"ə istinadən xəbər verir ki, hücum Hudeydənin 80 kilometr cənubunda baş verib.

Qiyamçılar hökumətin nəzarətində olan Koka və Moka liman şəhərlərini Hudeydəyə birləşdirən yolda əsgərlərə hücum ediblər.

Qeyd edək ki, iki gün öncə Səudiyyə Ərəbistanının rəhbərliyi altındakı koalisiya qüvvələri Hudeydənin azad edilməsi məqsədilə əməliyyat başladıldığını elan edib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Husilər   Yəmən  


Bizi "telegram"da izləyin