ABŞ-da hərbi helikopter qəzaya uğrayıb: Yaralananlar var

2018/06/35_1529064774.jpg
Oxunub: 4305     19:10     15 İyun 2018    
Nyu Yorkdakı Qriffis Beynəlxalq Aeroportunun nəzarət qülləsinə ilişən hərbi helikopter qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Nyu York polisi məlumat yayıb.

Məlumata görə, helikopterin qanadı qülləyə ilişib. Qəza zamanı helikopterdə 6 nəfər olub. Onların xəsarət aldığı bildirilir.

Yaralananlar dərhal xəstəxanaya aparılıb, vəziyyətləri stabildir. Hadisə ilə bağlı araşdırma başladılıb.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qəza  


Bizi "telegram"da izləyin