SQQ Deyr əz-Zorda bir sıra önəmli məntəqələri ələ keçirib

2018/06/86884768_1522326224_1529056125.jpg
Oxunub: 2493     17:46     15 İyun 2018    
Suriya Quru Qoşunları müttəfiq qüvvələrlə birlikdə İŞİD-in nəzarətindəki bəzi yerlərdə əməliyyatlar həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, dünən keçirilən əməliyyatlar nəticəsində Suriya hökumət qüvvələri Badiya bölgəsinin cənub-şərqindəki əl Mayadin şəhəri yaxınlığındakı çox sayda strateji nöqtələr üzərində nəzarəti ələ keçirib.

Qeyd edək ki, əməliyyatıar nəticəsində İŞİD-in nəzarətindəki 40 kilometr uzanan 2000 kvadrat kilometr ərazi terrorçulardan təmizlənib.

Əməliyyatlardan dərhal sonra bölgəyə ordunun nəzarətinin gücləndirilməsi üçün əlavə texnika və canlı qüvvə gətirilib.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SQQ   İŞİD  


Bizi "telegram"da izləyin