ABŞ-dan "Taliban"a aviazərbələr: Qiyamçıların lideri məhv edilib

2018/06/2_1529050895.jpg
Oxunub: 3951     17:09     15 İyun 2018    
ABŞ Hərbi Hava Qüvvələri Əfqanıstanın Kunar vilayətində "Taliban" qiyamçılarına qarşı aviazərbələr endirib.

Ordu.az "Daily Mail"ə istinadən xəbər verir ki, bu barədə HHQ-nin polkovnik-leytenantı Martin Odonnel bəyan edib.

Məlumata görə, hücum nəticəsində zərərsizləşdirilənlər arasında qiyamçıların liderlərindən olan Maulana Fəzlullah da var.

Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi də Fəzlullahın məhv edilməsi faktını təsdiqləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin