Ermənistan təşvişdə: Xankəndində etiraz aksiyaları böyəcək

2018/06/4576567_1528284949.jpg
Oxunub: 3785     19:23     06 İyun 2018    
Xəbər verdiyimiz kimi, iyunun 1-də işğal altında olan Xankəndində Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə mülki əhali arasında baş verən qanlı insident, sonradan etiraz aksiyalarına çevrilib.

Aksiyaya mülki əhali ilə yanaşı Qarabağ müharibəsində iştirak etmiş separatçı veteranlar və “Qarabağa işıq” hərəkatının üzvləri də qoşulublar.

Ordu.az-ın məlumatına görə, artıq qondarma qurumun Təhlükəsizlik Xidmətinin rəisi Arşavir Qaramyan və polis rəisi general-mayor Kamo Ağacanyan vəzifələrindən azad ediliblər.

Əhalinin tələblərinə məhəl qoymayan qondarma rejimin "rəhbəri" Bako Saakyan Arşavir Qaramyanı "baş nazir", Kamo Ağacanyanı isə Təhlükəsizlik Xidmətinin rəisi olaraq yenidən vəzifəyə təyin etməyə hazırlaşır. Həmçinin qondarma qurumun Məhkəmə qərarlarının baş icraçısı Samvel Şaxramanyanı da polis rəisi təyin etməyə hazırlaşırlar.

Etirazçıların həmin şəxslərin ümumiyyətlə vəzifədən uzaqlaşdırılmasını, yəni istefasını tələb etdiyi halda, onlar bir vəzifədən azad edilərək daha yüksək vəzifələrə təyin edilir.

Daha bir məlumata görə, Qaramyanın qardaşı Andreyin də "fövqəladə hallara" rəhbər təyin ediləcəyi gözlənilir.

Bütün bunların isə etirazların böyüməsinə təkan verəcəyi istisna olunmur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qarabağ   Etiraz  


Bizi "telegram"da izləyin