Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib.
"Rusiyalı həmkarı ilə danışıqlardan başqa Zohrab Mnatsakanyan Rusiyanın qanunvericilik orqanının nümayəndələri ilə, o cümlədən Moskvada təhsil alan erməni tələbələrlə görüş keçirəcək", - deyə Balayan qeyd edib.
O, həmçinin Mnatsakanyanın iyunun 11-də Almatıda KTMT Xarici İşlər Nazirləri Şurasının iclasında da iştirak edəcəyini deyib.
Qeyd edək ki, XİN rəhbərlərinin görüş zamanı Qarabağ münaqişəsinin müzakirə ediləcəyi istisna edilmir.
Alpər Mövludoğlu
Ordu.az