Ordu.az xəbər verir ki, bu barədə “Politekonomiya” tədqiqatlar mərkəzinin rəhbədi Andranik Tevanyan bildirib.
Ancaq məhkəmənin vaxtı məlum deyil. Məhkəmənin tez bir zamanda keçirilməsi tələbi ilə etiraz aksiyasının keçirilməsi planlaşdırılır. Tevanyan iddia edir ki, Kassasiya məhkəməsi tərəfindən kobud şəkildə məhkəmə prosesinə müdaxilə edilib və Babayanın azad edilməsi üçün verilən vəsadətə baxılması prosesinin başlamasını bilərəkdən uzadır.
Xatırladaq ki, Ermənistan parlamentinin deputatları “Yelk” fraksiyasının nümayəndələri olan Sasun Mikayelyan və Hovik Ağazaryanın zəmanətilə həbs barədə qərarın dəyişdirilməsi və Babayanın azad edilməsinə dair məhkəməyə vəsadət verilib.
Alper Mövludoğlu
Ordu.az