Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Vladimir Yevseyev bildirib.
Yevseyev, Naxçıvanın xüsusi əhəmiyyətini nəzərə alaraq, bu istiqamətə daima diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.
"Erməni-rus hərbi birləşməsi məhz Naxçıvanın neytrallaşdırılması, sərhəddin bu hissəsində nəzarətin saxlanılması, Naxçıvanda bərqərar olmuş Türkiyəni nəzarətdə saxlamaq məqsədilə yaradılıb. Naxçıvanın xüsusi əhəmiyyətini nəzərə alaraq, bu istiqamətə daima diqqət yetirilməlidir", - deyə rusiyalı ekspert bildirib.
Alpər Mövludoğlu
Ordu.az