Azərbaycan “Beynəlxalq Ordu Oyunları-2018”in planlaşdırma konfransında iştirak edir

2018/05/a89c5e59e8e049636b70dc2b4455e3c6_1526907014.jpg
Oxunub: 3666     20:49     21 May 2018    
Azərbaycan nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edir.

Azərbaycanın Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti “Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının mayın 25-dək Moskvada keçirilən 3-cü planlaşdırma konfransında iştirak edir.

“Beynəlxalq Ordu Oyunları-2018” yarışlarının iyulun 29-dan avqustun 11-dək yeddi ölkənin - Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan, Çin, İran və Ermənistan ərazisində keçirilməsi planlaşdırılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   Beynəlxalq-Ordu-Oyunları-2018  


Bizi "telegram"da izləyin