Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, konfransda birlik, birləşmələrin topoqrafiya və hidroqrafiya xidmət rəisləri, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi topoqrafiya fənnini tədris edən müəllimlər iştirak ediblər.
Tədbirdə topoqrafik və dəniz naviqasiya xəritələrinin müasir standartları, onların əhəmiyyəti, hazırlanması və istifadəsi, müasir silah və hərbi texnikanın idarəetmə sistemlərində rəqəmli xəritələrin tətbiqi mövzuları ətrafında müzakirələr aparılıb.
Ordu.az