Ordu.az slaq.am saytına istinadən xəbər verir ki, 60 yaşlı Qevorq Matosyanı xüsusi qəddarlıqla qətlə yetirən şəxs, onun 20 yaşlı ögey oğlu Andrey Xalilyan oldub.
Məlumata görə, Xalilyan atalığına öncə qumbara atıb, daha sonra tövlədə balta ilə doğrayıb.
Qeyd edək ki, 60 yaşlı kişinin parçalanmış halda olan meyiti qətlindən bir ay sonra tapılıb. Qətli törədən Xalilyanın əsgər olduğu məlum olub. O, qətli aprel ayında qısamüddətli ezamiyyət zamanı törətdib.
Faktla bağlı araşdırma aparılır.
Alpər Mövludoğlu
Ordu.az