Ordu.az “Kavkaszkiy uzel” nəşrinə istinadən xəbər verir ki, Skaparotti həmçinin Vizianidə döyüş hazırlığı mərkəzində iştirak edib.
Gürcüstan müdafiə naziri Levan İzaorya bununla əlaqədar olaraq bəyan edib ki, ABŞ və Gürcüstan əməkdaşlığı hərbi sahədə həm qlobal, həm də əhəmiyyətli dərəcədə yeni mərhələyə çıxır.
Qeyd edək ki, daha öncə ABŞ-ın Gürcüstanda hərbi islahatların həyata keçiriməsinə 100 milyon dollar ayıracağı barədə məlumat peyda olub. Yeni proqrama görə isə gürcü hərbçilər NATO standartlarına uyğun üç illik hazırlıq keçəcəklər.
Ağalar Qəribov
Ordu.az