Ermənistan FHN-də qalmaqal: Generalın diplomu saxta çıxdı

2018/05/345345_1526625444.jpg
Oxunub: 1142     14:35     18 May 2018    
Ermənistan Fövqəladə Hallar naziri, diplomu saxta olan xilasetmə xidmətinin rəisi general-mayor Muşeğ Qazaryanı vəzifəsindən azad etməyə hazırlaşır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan Fövqəladə Hallar naziri Hraçya Rostomyan Fövqəladə Hallar Nazirliyinin bölməsi hesab olunan Xilasetmə xidmətinin rəisi general-mayor Muşeğ Qazaryanı vəzifəsindən azad etməyə hazırlaşır.

Məlumata görə, Qazaryan rütbəsindən də mərhum edilə bilər. Onun himayədarı Ermənistan parlamentinin deputatı general Manvel Qriqoryandır. Qazaryanın tərcümeyi halında, onun 1999-cu ildə İrəvan dövlət universitetinin hüquq fakultəsini bitirərək, hüquqşunas dərəcəsi aldığı qeyd edilir.

Lakin məlum olur ki, onun təqdim etdiyi diplom saxtadır. General isə saxta diplomla ola bilməz. Hraçya Rostomyanın həmçinin xilasetmə xidmətinin rəis müavini, polis rəisinin keçmiş müavini Nerses Nazaryanı da tutduğu vəzifədən azad edəcəyi gözlənilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Ermənistan FHN-də qalmaqal: Generalın diplomu saxta çıxdı

2018/05/345345_1526625444.jpg
Oxunub: 1143     14:35     18 May 2018    