"Qarabağ" klubunun futbolçuları əsgərlərlə futbol oynayıblar - FOTO

2018/05/213_1526573977.jpg
Oxunub: 2215     00:04     18 May 2018    
"Qarabağ" klubunun futbolçuları cəbhə bölgəsində xidmət aparan hərbçilərlə görüşüblər.

Ordu.az xəbər verir ki, Ağdam təmsilçisinin üzvlərindən Elvin Yuniszadə, İbrahim Şehiç, Maksim Medvedev, Qara Qarayev, Coşqun Diniyev öncə rayonda yerləşən N saylı hərbi hissədə olublar.

Futbolçular burada Birlik komandiri general-mayor Hikmət Həsənovla görüşüblər. Onlar hərbi hissədəki şəraitlə də tanış olublar. Komanda üzvləri hərbi hissəyə "Qarabağ" forması, top və şarf hədiyyə edikdən sonra ön xəttə yerləşən bölmələrdən birinə yollanıblar.

Futbolçular düşmənlə üzbəüz mövqelərdə xidmət aparan hərbçilər üçün yaradılan məişət şəraiti ilə tanış olublar. Orada aparılan yüksək xidmət səviyyəsi haqqında futbolçulara məlumat verilib.

Sonra futbolçular komanda adından əsgərlərə hədiyyələr veriblər. Sonda birlik rəmzi olaraq futbolçularla ön xəttə xidmət aparan əsgərlər futbol oynayıblar.

Elgün Gəncimsoy
Ordu.az

Teqlər: Qarabağ-FK   Cəbhə  

"Qarabağ" klubunun futbolçuları əsgərlərlə futbol oynayıblar - FOTO

2018/05/213_1526573977.jpg
Oxunub: 2216     00:04     18 May 2018    