Arzu Rəhimov Samuxda vətəndaşları qəbul edib

2018/05/2196_1526557433.png
Oxunub: 402     15:39     17 May 2018    
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Samux rayonunda Daşkəsən, Göygöl, Goranboy, Mingəçevir, Kəpəz (Gəncə) və Nizami (Gəncə) rayonlarının sakinləri ilə görüşüb.

Ordu.az xəbər verir ki, xidmət rəisinin qəbulunda 50-yə yaxın vətəndaş iştirak edib.

Qəbulda müraciətlər, əsasən, Xidmətin müvafiq şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, hərbi xidmətə çağırılan gənclərin ailə vəziyyəti ilə əlaqədar yaşadıqları ərazilərə yaxın hərbi hissələrdə xidmət keçmələri, müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi və digər məsələlərlə bağlı olub.

İrəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb və qanunvericiliyin müvafiq tələbləri vətəndaşlara izah olunub. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Eyni zamanda Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti üzrə baxılması məqsədi ilə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Ordu.az

Teqlər: Samux   Arzu-Rəhimov   SHXÇDX  

Xəbər lenti

Arzu Rəhimov Samuxda vətəndaşları qəbul edib

2018/05/2196_1526557433.png
Oxunub: 405     15:39     17 May 2018    