Ermənistandakı siyasi qeyri-stabillik Qarabağda müharibəyə səbəb ola bilər – Maksim Şepovalenko (ÖZƏL)

2018/05/345345_1526305699.jpg
Oxunub: 8159     21:47     14 May 2018    
Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ tənzimlənməsinə yanaşması göstərir ki, İrəvan əvvəlki tək konstruktiv dialoqa hazır deyil, bu isə öz-özlüyündə bu istiqamətdə müsbət addımların atılması ehtimalını istisna edir. Ekspertlərin hesab edirlər ki, populist Paşinyan Ermənistanda öz reytinqini saxlamaq üçün birtərəfli qaydada qondarma qurumun stəqilliyi”nin tanınmasına gedərək vəziyyətin gərginləşməsini provokasiya edə bilər. Belə olan halda Bakının hər yolla Ermənistanın hərbi-siyasi rəhbərliyini özünə gətirməkdən başqa seçimi qalmayacaq. Bu münasibətdə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun bu yaxınlarda Ermənistanın yeni baş nazirinin məsuliyyətsiz bəyanatlarının yolverilməz olduğu və Azərbaycan Ordusunun bütövlükdə geniş miqyaslı döyüş əməliyyatlarına hazır olması barədə verdiyi bəyanatı təsadüfi görünmür.

Qarabağda müharibə fəaliyyətinin yenilənəcəyi təqdirdə döyüş əməliyyatlarının baş verəcəyi barədə Ordu.az redaksiyası Rusiya Strategiya və Texologiyaların Analizi Mərkəzinin direktor müavini Maksik Şepovalenkodan şərh vermək xahişi edib.

Şepovalenkonun sözlərinə görə, böyük ehtimallar Ermənistandakı siyasi qeyri-stabilliklə əlaqədar olaraq Dağlıq Qarabağ ətrafında vəziyyətin növbəti dəfə hərbi-siyasi formada gərginləşəcəyi halda, 2016-cı ilin Aprel döyüşlərinin Azərbaycan Ordusu tərəfindən çıxarılan nəticələrin nəzərə alınması ilə təkrarlanmasını gözləmək olar.

“Bununla belə, biz yenə də həmin elementləri görürük – qətiyyətli məqsədlərə (bu dəfə ilk xətt boyunca yox, rəqibin müdafiəsinin bütün taktiki dərinliyi boyunca) nail olmaq üçün qətiyyətli fəaliyyət, mobilliyin pozulması, operativ yerləşdirmə və rəqib qoşunlarının yenidən qruplaşdırılması məqsədilə döyüş fəaliyyəti ərazisinin təcrid edilməsi; xüsusi əməliyyat qüvvələri, yüngül (dağ) və ağır (mexaniki) piyada qoşunları, uzaqmənzilli yüksək dəqiqlikli (iriçaplı və reaktiv artilleriya, “gəzən” döyüş sursatları) və aviasiyadan (hücumçular, nəqliyyat-döyüş helikopterləri) kompleks istifadə.

Azərbaycan Ordusunun əsas zərbəsi təmas xəttinin şimal bölgəsindən endirilə bilər və bu zaman danışan tank əleyhinə və zenit raket komplekslərindən xüsusi təyinatlı bölmələr, raket və artilleriya qoşunları (uzaqmənzilli artilleriya və reaktiv sistemləri), ordu və cəbhə (operativ-taktiki) aviasiyasıyasından istifadə edilə bilər. Burada çox şey Azərbaycan Ordusunun komandanlığının tammiqyaslı kəşfiyyat-atəş (kəşfiyyat-zərbə) konturları yarada bilmə bacarığından asılı olacaq”, - deyə Şepovalenko açıqlayıb.

Müsahibimizin sözlərinə görə, digər zərbə Azərbaycan Ordusunun özünü zirehli tank texnikası və özüyeriyən artilleriya üstünlüyünü bütövlükdə istifadə edə biləcəyi cənub sektorunun düzənliklərindən endirilə bilər. Burada rəqibin atəşin qarşısının alınması komplekslərinin nizamı onun dərinliklərindəki operativ quruluşun təşkilatlanmasından xəbər verəcək.

“Prinsipial anlardan biri də Azərbaycan Ordusunun əməliyyatın ən əvvəlindən effektiv şəkildə rəqibin hava hücumundan müdafiəsini üstləməsi olacaq. Əks təqdirdə bu, aviasiyanın fəaliyyətini istisna edəcək və kampaniyanın bütün planının həyata keçirilməsini çətinləşdirəcək.

Əməliyyatların nəticəsindən asılı olmayaraq, Azərbaycan tərəfi döyüş fəaliyyətinin aparılması zonasına yaxın rayonlarda nəqliyyat və mühəndis infrastrukturlarını təkmilləşdirmək üzrə sistematik fəaliyyətini davam etdirməlidir,” – deyə Şepovalenko vurğulayıb.

Ordu.az

Teqlər: Qarabağ   İşğal   Müharibə  

Ermənistandakı siyasi qeyri-stabillik Qarabağda müharibəyə səbəb ola bilər – Maksim Şepovalenko (ÖZƏL)

2018/05/345345_1526305699.jpg
Oxunub: 8160     21:47     14 May 2018    